BMT-nin baş katibi Antoniu Quterreş Liviyanın bir sıra şəhərlərində keçirilən etirazlarla bağlı vəziyyətdən narahatdır.

Bu barədə onun rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.

“Baş katib dinc şəkildə etiraz etmək hüququnu tanıyaraq, bütün tərəfləri zorakılıqdan çəkinməyə, təhlükəsizlik qüvvələrini isə təmkinli olmağa çağırıb. Həmçinin sabitliyə xələl gətirə biləcək hər hansı hərəkətdən çəkinməyə dəvət edir”, – Düjarrikin bəyanatında deyilir.

İstinadlar Report