“Bu gün Əfqanıstan əhalisinin təxminən yarısı – 18 milyon insan yaşamaq üçün humanitar yardıma ehtiyac duyur. Hər üç əfqandan biri ərzağı haradan alacağını bilmir. Beş yaşınadək olan uşaqların yarısından çoxunun gələn il qida qıtlığı ilə üzləşməsi gözlənilir. İnsanlar hər gün əsas xidmətlərə çıxışlarını itirirlər. Humanitar fəlakət yaxınlaşır”.

Bunu BMT-nin Baş katibi Antoni Quterreş Əfqanıstanla bağlı bu gün yaydığı bəyanatında bildirib.

“Əfqanıstan yeni mərhələyə qədəm qoyur, ölkədə dərinləşən humanitar və iqtisadi böhran, bir çox əsas xidmətlərin tamamilə çökmə təhlükəsi ilə əlaqədar ciddi narahatlığımı bildirmək istəyirəm. İndi əfqan uşaqları, qadınları və kişiləri beynəlxalq birliyin dəstəyinə və həmrəyliyinə daha çox ehtiyac duyurlar. Bizim bölgəyə humanitar yardımlar çatdırmaq öhdəliyimiz dəyişməyəcək. Artıq bu il səkkiz milyon adama yardım çatdırmışıq. Son iki gündə 80 min insana ərzaq və minlərlə köçkün ailəyə yardım paketi təqdim olunub. Dünən ölkəyə 12, 5 ton tibbi ləvazimat gətirmişik”, – Baş katib deyib

BMT rəsmisi bütün tərəfləri bölgəyə humanitar girişi asanlaşdırmağa çağırıb.

İstinadlar Report