Bugünkü çoxqütblü dünya hələ də nüvə təhlükəsi ilə üz-üzədir.

Bunu BMT-nin Baş katibi Antoniu Quterreş Münxen Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.

“Dünyamız ekzistensial çağırışlarla üzləşir. Lakin qlobal birlik son 75 ildə heç vaxt olmadığı qədər bölünüb. Hətta Soyuq müharibə dövrü daha təhlükəsiz idi. Halbuki, həmin vaxt nüvə müharibəsi təhlükəsi real idi. Buna görə də ABŞ və Sovet İttifaqı silahlandırmanın azaldılması, onlar üzərində nəzarətin bərpası və s. ilə bağlı razılıq əldə ediblər”, – o bildirib.

İstinadlar Report