BMT Baş katibi Antoniu Quterreş CAR-da bütün tərəfləri atəşkəsə riayət etməyə çağırıb.

Bu barədə Baş katibin rəsmi nümayəndəsi Stefan Dujarrikin bəyanatında deyilir.

“Baş katib bütün tərəfləri inklüziv siyasi dialoqa konstruktiv yanaşmağa çağırır”, – Dujarrik deyib.

Quterreş 2019-cu il sülh müqaviləsinin yenilənməsinin tərəfdarı olduğunu bildirib.

Bundan əvvəl CAR prezidenti Fosten Arkanj Tuader ölkə daxilində bütün hərbi əməliyyatların sona çatdığını açıqlayıb.

İstinadlar Report