Azərbaycan hökuməti COP29-un təşkili və onun uğurlu nəticəsini təmin etmək üçün çox çalışır və bu konfransdan iqlim dəyişikliyi məsələlərində əhəmiyyətli irəliləyiş əldə edəcəyini gözləyirlər.
Bunu BMT Baş Assambleyasının 78-ci sessiyasının Prezidenti Dennis Frensis BMT-nin Nyu-Yorkdakı qərargah binasında “Report”un ABŞ bürosunun sualına cavabında deyib.
D.Frensis prezidentliyi ərzində Azərbaycanda COP29 komandası ilə görüşdüyünü və hazırlıqları yaxından izlədiyini bildirib.
O əlavə edib ki, COP29-dan ən çox gözlənilən iqlim böhranının qsrşısının alınması üçün maliyyə vəsaitlərinin artmasıdır: