Cari ilin sentyabr ayında baş tutacaq BMT Baş Assambleyasının iclası hər ölkədən dörd nəfərə qədər nümayəndənin iştirakı ilə əyani formatda keçiriləcək.

Müvafiq məlumat BMT Baş Assmbleyasının 75-ci sessiyasının Prezidenti Volkan Bozkır adından yayılan açıqlamada deyilir.

Qeyd olunub ki, Nyu-Yorkda koronavirusla bağlı vəziyyət yaxşılaşdığı üçün yüksək səviyyəli həftə zamanı ölkələrin nümayəndə heyətinin sayı dörd nəfərə qədər artırılıb.

İstinadlar Report