BMT Baş Assambleyasının (UNGA) 78-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində BMT-nin mənzil qərargahında Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı dəyirmi masa öz işinə başlayıb.
Tədbirdə BMT rəsmiləri, beynəxalq təşkilata üzv ölkələrin hökumət nümayəndələri, xüsusilə, dünyada müstəmləkəçiliyə məruz qalan dövlətlərin və xalqların (Karib adaları, Cənubi Amerika ölkələri, Sakit okean və Hind okeanı xalqları) təmsilçiləri iştirak edilər.