
BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Volkan Bozkırdan Prezident İlham Əliyevə təbrik məktubu gəlib.
Məktubda deyilir:
“Hörmətli cənab Prezident!
BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü kimi, Qarabağda qanunsuz erməni silahlı birləşmələrinə qarşı həyata keçirilən antiterror tədbirlərinin uğurla başa çatması münasibətilə Zati-alinizi və Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edirəm.