BMT Baş Assambleyasında mayın 19-da helikopter qəzasında vəfat edən İran İslam Respublikasının Prezidenti İbrahim Rəisinin xatirəsinə həsr olunmuş plenar iclas keçirəcək.
Bu barədə Baş Assambleya prezidentinin sözçüsü Monika Qreyli jurnalistlərə açıqlamasında deyib.
Sözçü bildirib ki, plenar iclas may ayının 30-u səhər saat 10-da üzv dövlətlərin iştirakı ilə baş tutacaq: “BMT Baş Assambleyasının praktikasına görə, ölümü zamanı dövlət başçısı olan liderin xatirəsinə ehtiram göstərmək üçün xüsusi plenar iclas keçirilir. Bu iclas BMT Baş Assambleyasının 78-ci sessiyasının sədri Dennis Frensisin rəhbərliyi ilə baş tutacaq. İclasda mərhum prezident İbrahim Rəisinin xatirəsini Baş Assambleyada ehtiramla yad ediləcək”.
Xatırladaq ki, mayın 19-da İran İslam Respublikasının Prezidenti İbrahim Rəisinin helikopteri Verzeqan şəhəri yaxınlığında qəzaya uğrayıb.