
BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (OCHA) Qəzza zolağına humanitar yardımın çatdırılmasının davamlı olaraq azaldığını qeyd edir.
Bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Ofis bildirib ki, 2024-cü il dekabrın 1-dən 26-a qədər İsrail hakimiyyəti Qəzzaya müvəqqəti sığınacaqlar qurmağa cəmi 160 yük maşını dolusu çadır və materiallara icazə verib.
Agentlik qeyd edib ki, Qəzzadakı müharibəsi anklavın 2 milyon sakininin 90%-dən çoxunu köçkün vəziyyətinə salıb, onların əksəriyyəti temperaturun aşağı düşməsindən çox az qorunmanı təmin edən müvəqqəti çadırlarda sığınıblar.