2022-ci ildə qlobal iqtisadiyyatın artımı 2,5%, 2023-cü ildə isə bu temp 2,2%-ə qədər azalacaq.

Belə bir proqnozla Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf üzrə Konfransı çıxış edib.

Mütəxəssislərin fikrincə, gələn ilin sonuna qədər qlobal ÜDM-in artım tempi hələ də koronavirus pandemiyasından əvvəlkindən aşağı olacaq.

İqtisadi geriləmə planetin bütün regionlarına təsir edəcək, lakin BMT-nin qurumu xüsusilə inkişaf etməkdə olan ölkələrdəki vəziyyətdən narahatdır. Proqnozlara görə, bu ölkələrdə artım templəri 3%-dən aşağı düşəcək və davamlı inkişaf üçün kifayət etməyəcək.

Eyni zamanda, Afrikanın aşağı gəlirli ölkələrinin demək olar ki, 60%-i artıq borc stressi və ya yüksək risk altındadır və qitə ölkələrinin 60%-dən çoxunun ərzaqla təmin olunması üçün xarici yardıma ehtiyacı var.

İstinadlar Report