Boston Universitetinin mütəxəssisləri “Bluetooth” simsiz rabitə protokolunda kritik problem aşkar ediblər. Mütəxəssislərin sözlərinə görə, hakerlər sözügedən boşluğun köməyi ilə bir çox müasir qurğulardan məlumatları oğurlaya bilərlər. “iOS”, “macOS” və “Windows 10” sisteminin idarəetməsi altında işləyən smartfon, planşet və kompüterlərin istifadəçiləri, həmçinin “Fitbit” fitness cihazları və “Apple Watch” smart saatlarının sahibləri təhlükə altındadır.

Tədqiqatın detalları İsveçin Stokholm şəhərində Texnologiyaların Məxfiliyinin artırılması üzrə 19-cu Simpoziumda açıqlanıb. Ekspertlərin məlumatına görə, “Bluetooth Low Energy”nin işindəki boşluq cinayətkarlara qurğunun tipi və başqa məlumatlar haqqında informasiyanı özündə saxlayan eyniləşdirilmiş tokenlərə müdaxilə etməyə imkan verir.

Qurğuların bir-birinə qoşulmasını asanlaşdırmaq üçün “Bluetooth Low Energy” hamı üçün əlçatan şifrlənməmiş reklam kanallarından istifadə edir. Əvvəlcə bu protokol “Bluetooth” qurğularının daimi “MAC” ünvanlarını ötürürdü ki, bu da texnologiyanın məxfiliyi barəsində tənqidə səbəb olmuşdu. Bundan sonra problem həllini tapmışdı.

Maraqlıdır ki, “Android” sisteminin idarəetməsi ilə işləyən qurğuların istifadəçiləri bu boşluqdan tamamilə qorunublar, çünki əməliyyat sistemi “Bluetooth Low Energy” üzrə reklam mesajlarında heç bir eyniləşdirilmiş məlumat göndərmir.

Oxumağa dəyər:   Havaya atəş açdı, tutuldu

Emil Hüseynov

İstinadlar ict news