Kanadanın baş naziri Castin Trüdo ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla görüşmək üçün Floridaya gedib.

Bu barədə “Bloomberg” məlumat yayıb.

Castin Trüdo cümə günü axşam saatlarında Trampın iqamətgahının yerləşdiyi Palm-Biçə uçub. Kanadanın baş nazirinin cümə günü ABŞ-ın yeni seçilmiş prezidentilə danışıqlar aparacağı gözlənilir.

Qeyd edək ki, noyabrın 25-də Tramp prezident kimi fəaliyyətə başladığı ilk gündə qeyri-qanuni immiqrasiya və narkotik qaçaqmalçılığı ilə əlaqədar Kanada və Meksikadan gələn bütün mallara 25% rüsum tətbiq edəcəyini açıqlayıb.

İstinadlar Report