
Səudiyyə Ərəbistanı 2024-cü ilin əvvəlində G7 ölkələri Rusiyanın dondurulmuş 300 milyard dollara yaxın aktivlərini müsadirə etmək qərarına gəlsə, bəzi Avropa borclarını sata biləcəyinə “eyham” edib.
Qeyd olunub ki, Krallığın Maliyyə Nazirliyi bəzi G7 ölkələrinə Kiyevə kömək etmək üçün Rusiya aktivlərindən istifadə ideyası ilə razılaşmadığını bildirib.
Mənbələrdən biri bunun üstüörtülü təhlükə kimi səsləndiyini vurğulayıb. Səudiyyə Ərəbistanı xüsusi olaraq Fransa Xəzinədarlığının verdiyi borcları qeyd edib.