
Avropadakı müdafiə şirkətləri bank maliyyələşdirməsinə çıxışda çətinlik çəkir, bu da Avropa İttifaqının müdafiə qabiliyyətini artırmaq səylərinə mane olur.
Qeyd olunub ki, banklar Aİ iqtisadiyyatının hərbiləşdirilməsi prosesinə hazır deyillər, çünki bəzi kredit meyarları ekoloji, sosial və idarəetmə standartlarına cavab verməyən sektorların kreditləşdirilməsinə imkan vermir. Hərbi-sənaye müəssisələri isə çox vaxt bu meyarlara cavab vermirlər.