Almaniya hökuməti Rusiyadan mayeləşdirilmiş təbii qazın idxalını məhdudlaşdırmaq istəyir. Bu, ölkənin xarici enerji təchizatından asılılığını azaltmaq üçün səyləri tamamlayacaq.

Qeyd olunub ki, federal hökumət şirkətlərə mümkün olduğu qədər Rusiyadan LNG alışını azaltmaq üçün müvafiq tədbirlər görülməsi ilə bağlı göstəriş verib.

Belə ki, Rusiyadan Avropaya qaz tədarükü Ukraynada meharibə başlayandan sonra tarixi minimuma düşüb. Çatışmazlığı kompensasiya etmək üçün dünyanın hər yerindən, o cümlədən Rusiyadan LNG alışı kəskin şəkildə artıb.

İstinadlar Report