Ukraynanın müharibədən sonrakı bərpası üçün Avropa İttifaqı tərəfindən veriləcək maliyyə yardımının həcmi 500 milyard avronu keçə bilər.

Qeyd olunub ki, Ukrayna hökuməti yaxın aylarda cavab verəcək donorlar, o cümlədən Aİ ilə layihəni müzakirə edib.

Qeyd olunur ki, Ukrayna iyulun 4-5-də İsveçrənin Luqano şəhərində keçiriləcək konfransda yüz milyardlarla avronu səfərbər edə biləcək ölkənin yenidən qurulması planını təklif edəcək.

Təxminən 2000 səhifəlik planda geniş spektrli infrastruktur və təhlükəsizlik layihələri, iqlim və rəqəmsal iqtisadiyyata investisiyalar və enerji resurslarının şaxələndirilməsi nəzərdə tutulur.

İstinadlar Report