ABŞ və Venesuelanın yüksək vəzifəli rəsmiləri çərşənbə axşamı Mexikoda gizli danışıqlar aparıblar.

ABŞ prezidenti administrasiyasının nümayəndələri, Milli Təhlükəsizlik Şurasının rəsmisi və Venesuela hökumətinin nümayəndələri, o cümlədən Milli Assambleyanın sədri Xorxe Rodriges Meksikanın paytaxtında Bolivar Respublikasında seçkilərin keçirilməsi şərtlərini müzakirə ediblər.

Qeyd olunub ki, görüş Vaşinqtonun neft, qaz və qızıl hasilatı sektorlarında Karakasa qarşı sanksiyalarının mümkün bərpası tarixindən əvvəl baş tutub.