ABŞ və Böyük Britaniya Rusiyanın kimyəvi silahdan istifadəsi ilə əlaqədar bu ölkə barəsində əlavə sanksiyaların tətbiqinin imkanını müzakirə edir.

Rəsmi Vaşinqton və London Rusiya biznesmenlərinə qarşı məhdudiyyətlərdən sanksiyaların müxtəlif variantlarına qədər imkanlarını nəzərdən keçirir.

Mənbələr qeyd edir ki, Britaniya Kimyəvi Silahların Qadağan olunması Təşkilatı (OPCW) vasitəsi ilə hərəkət edərək təşkilatı Moskvaya təzyiq göstərməyə çağıracaq.

Agentliyə bildirilib ki, ABŞ kimyəvi silah istifadəsindən imtina edəcəyinə dair zəmanətə razı olmadığı və ya kimyəvi silahların güman edildiyi obyektlərə girişə razılıq verməyəcəyi təqdirdə Rusiya Federasiyasına qarşı ikinci, daha geniş sanksiyalar paketi tətbiq etmək niyyətindədir.

İstinadlar Report