Amerika milyonerləri üçün gəlir vergisinin 40 %-ə qədər artırılması ABŞ xəzinəsini 10 il ərzində təxminən 400 milyard dollar artıra bilərdi.

Bu barədə “Bloomberg” məlumat yayıb.

Yel Universitetinin nəzdindəki “Budget Lab” tədqiqat mərkəzində hesab edirlər ki, illik gəliri 1 milyon dollar və daha çox olan amerikalılar üçün vergilərin 40 %-ə qədər artırılması ilə iqtidar 420 milyard dollar əldə edə bilərdi. Öz növbəsində, “Tax Foundation” tədqiqat mərkəzinin hesablamalarına görə, qeyd olunmuş vergi artımı eyni müddət ərzində Amerika xəzinəsinə 358 milyard dollar gətirərdi. Hazırda ABŞ-də maksimal gəlir vergisi dərəcəsi 37 %-dir.

Agentlik vurğulayıb ki, bu cür vergi artımı ABŞ Prezidenti Donald Trampın administrasiyasına respublikaçının dəstəklədiyi bəxşiş vergisinin ləğvindən yaranan itkiləri ödəməyə kömək edərdi. Bu vergidən imtina Amerika iqtidarına on illik müddətdə təxminən 118 milyard dollara başa gələ bilər.

İstinadlar Report