
ABŞ Dövlət katibi Antoni Blinkenin göyərtəsində səfər etdiyi “Boeing 737” təyyarəsi Fransada xarab olub.
Bu barədə “Bloomberg” yazıb.
“Dövlət Departamentinin nümayəndəsi Blinkenin Fransaya uçduğu təyyarədə texniki nasazlıqlar olduğunu bildirib”, – agentlik qeyd edir.
KİV ABŞ nümayəndə heyətinin Parisdən NATO-nun Brüsseldəki qərargahına avtomobillərlə getdiyini yazıb. Fransa və Belçika paytaxtları arasında təxminən 300 km məsafə var.