ABŞ-ın dövlət katibi Entoni Blinken və Fransa, Almaniya, İtaliya və Böyük Britaniyanın xarici siyasət idarələrinin rəhbərləri Brüsseldə keçirilən görüşdə Rusiya-Ukrayna sərhədindəki vəziyyəti müzakirə ediblər.

Bu barədə Dövlət Departamentinin mətbuat xidməti bildirib.

“Onlar Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə öz dəstəyini təsdiqləyib, Rusiyanın təxribatları qarşısında Ukraynanın təmkinli olmasını yüksək qiymətləndiriblər. Onlar Rusiyanın Ukrayna ilə [vəziyyətdə] gərginliyin dərhal azaldılmasının zəruriliyini vurğulayıblar”, – məlumatda deyilir.

Bundan başqa, tərəflər Əfqanıstan, İran və Yəmən də daxil olmaqla, digər ümumi prioritetlərini müzakirə ediblər.

İstinadlar Qafqazinfo