“Rusiya birbaşa hərbi müdaxilə olmasa belə, ABŞ, eləcə də onun tərəfdaşları və müttəfiqləri vahid və sərt cavab verməyə hazırdır”.

Bunu ABŞ dövlət katibi Entoni Blinken Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Cenevrədə danışıqların yekunu olaraq bildirib.

Dövlət katibi onu da qeyd edib ki, Birləşmiş Ştatlar Rusiya ilə fikir ayrılıqlarını diplomatiya yolu ilə həll etməyə sadiqdir.

Blinken vurğulayıb ki, Rusiya ABŞ-la təhlükəsizlik zəmanətləri üzrə saziş layihəsi üzərində işləməyə davam etmək üçün Ukraynaya qarşı iddia olunan təcavüzünü dayandırmalıdır.

İstinadlar Report