ABŞ-ın dövlət katibi Entoni Blinken Ukrayna səfərini məhsuldar adlandırıb.

Bu barədə o, tvitter səhifəsində bildirib.

“Kiyevdə Ukrayna Prezidenti Vladimir Zelenski ilə və görüşdüyüm hər kəsləə məhsuldar vaxt keçirmə. ABŞ Rusiyanın təcavüzü qarşısında və Ukraynanın suveren, demokratik və çiçəklənən gələcəyini təmin etmək üçün zəruri olan islahatların həyata keçirilməsində qərarlıdır”, – Dövlət Departamentinin başçısı sosial şəbəkədə yazıb.

Qeyd edək ki, mayın 6-da Blinken Kiyevdə Ali Radanın deputatları, Ukrayna XİN başçısı Dmitri Kuleba, Prezident Vladimir Zelenski və ölkənin Baş naziri Denis Şmıqalla görüşüb.  

İstinadlar Qafqazinfo