“Ukrayna Rusiyaya qarşı müqavimət göstərməsə, yox ola bilər”.

Bunu ABŞ dövlət katibi Antoni Blinken BMT Təhlükəsizlik Şurasının iclasında deyib.

“Rusiya sabah döyüşü dayandırsa, müharibə bitəcək. Əgər Ukrayna döyüşü dayandırsa, daha bu dövlət qalmayacaq”, – Blinken qeyd edib.

Bundan əvvəl ABŞ dövlət katibi bildirib ki, Ukrayna ərazisindən ərzaq ixracı üçün dəhlizlərin yaradılmasını Rusiyadan axtarmaq lazımdır.

İstinadlar Report