Ukrayna NATO-ya üzvlük şərtlərini tezliklə yerinə yetirə bilər.

Bunu ABŞ-nin dövlət katibi Antoni Blinken Aspen İnstitutunun illik təhlükəsizlik forumunda deyib.

“NATO-ya daxil olmaq müxtəlif tələblərin yerinə yetirilməsindən asılıdır, lakin əminəm ki, biz Ukraynaya buna tez bir zamanda nail olmağa kömək edəcəyik”, – Blinken bildirib.

Dövlət katibi vurğulayıb ki, Vaşinqton Kiyevlə Amerika silahlarının istifadəsi ilə bağlı məsələləri müzakirə etməyə davam edəcək və şəraitdən asılı olaraq bu məsələdə mövqeyini tənzimləyəcək.

İstinadlar Report