Qərbin Rusiyaya qarşı sanksiyaları Ukraynaya qarşı hərbi əməlyyatların dayandırılmasını sürətləndirməyə hesablanıb.

Bu barədə ABŞ dövlət katibi Entoni Blinken bildirib.

O qeyd edib ki, Rusiya Ukraynadan milyonlarla ton taxıl ixracını əngəlləyir, onun Qara dəniz limanlarından istifadəsinə mane olur.

“Biz Rusiyanın Ukraynaya qarşı təcavüzünü mümkün qədər tez dayandırması üçün ona qarşı sanksiyalar tətbiq edərkən, bu məhsulların daşınması üçün zəruri olan sığorta və nəqliyyat üçün xüsusi istisnalar etmişik”, – Blinken deyib.

İstinadlar Report