Ukrayna ətrafında yaranmış vəziyyətdə Rusiya beynəlxalq prinsiplərə məhəl qoymur, “Helsinki aktı”nın prinsiplərini pozur.

Bunu ABŞ dövlət katibi Entoni Blinken Berlində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 1975-ci ildə Rusiya və digər ATƏT ölkələri beynəlxalq münasibətlərdə davranış qaydaları müəyyən edən “Helsinki Aktı”nı imzalayıblar.

“Bundan sonra Rusiya Ukraynada bütün bu prinsipləri pozur və onlara məhəl qoymadığını dəfələrlə açıq şəkildə bildirir. Rusiya etimad və təhlükəsizliyin möhkəmləndirilməsi tədbirləri ilə bağlı 1990-cı il Vyana Sənədinin müddəalarına müəyyən şəkildə əməl edir, hərbi təlimlər barədə məlumat vermir, sərhəddə qruplaşmaların yaradılması ilə bağlı sualları cavablandırmır”.

Blinken bildirib ki, rəsmi Kiyev “Budapeşt Memorandumu” əsasında nüvə arsenalından imtina edib.

İstinadlar Report