ABŞ-ın dövlət katibi Entoni Blinken Kiyevə səfər edib.

Səfərin məqsədi Birləşmiş Ştatlar tərəfindən Ukraynanın dəstəklənməsini nümayiş etdirmək, bir sıra məsələləri, o cümlədən Kiyevə silah tədarükünü müzakirə etməkdir.

Blinkenlə birlikdə dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland da Ukraynanın paytaxtındadır.Dövlət katibini səfərdə onun Avropa və Avrasiya işləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker də müşayiət edir.

Blinkenin səfəri çərçivəsində əsas tədbirlər cümə axşamı gününə planlaşdırılıb. Ukrayna KİV-in yazdığına görə, mayın 6-da səhər dövlət katibi Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə danışıqlara başlayacaq, bundan sonra ölkənin Baş naziri Denis Şmıqalla görüş keçirərək. Daha sonra onun Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşü planlaşdırılıb və onun nəticələrinə görə birgə mətbuat konfransı keçiriləcək.

Cümə axşamı günü Kiyevdə Blinkenin iştirakı ilə virtual rejimdə Ukrayna ictimaiyyətinin nümayəndələri ilə dəyirmi masa keçiriləcək. Bundan başqa, o, ABŞ səfirliyinin əməkdaşları ilə görüşəcək.

İstinadlar Qafqazinfo