
“ABŞ prezidentinin administrasiyası İsveç və Finlandiyanın Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) rəsmi qəbulunun tezliklə başa çatacağına əmindir”.
Bunu ABŞ-ın dövlət katibi Entoni Blinken deyib.
“Finlandiya və İsveç NATO müttəfiqi olmağa hazırdır. Onların ordusu Kosovo və Əfqanıstan, İraq və Liviyada ABŞ və NATO qoşunları ilə çiyin-çiyinə xidmət edib”, – Blinken bildirib.
O qeyd edib ki, Finlandiya və İsveç Silahlı Qüvvələri təşkilatın qüvvələri ilə problemsiz qarşılıqlı əlaqə qura biləcək.
Blinken NATO-nun yaxın gələcəkdə bu iki dövləti rəsmi olaraq üzv kimi qəbul edəcəyinə əminliyini ifadə edib. O vurğulayıb ki, ölkələr, o cümlədən Türkiyə qarşısında öhdəliklərini yerinə yetirmək üçün konkret addımlar atıblar.