ABŞ dövlət katibi Antoni Blinken və İsrailin müdafiə naziri Yoav Qalant Qəzza zolağında atəşkəsə nail olmaq, digər girovların azad edilməsi səylərini müzakirə ediblər.

Bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin yaydığı yazılı bəyanatda deyilir.

Dövlət katibi və nazir İsrailin təhlükəsizliyini təmin etmək səylərini və girovların azad edilməsinə nail olmaq üçün danışıqları, atəşkəs və Qəzzanın mülki əhalisinə kritik humanitar yardım axınının artırılmasını müzakirə ediblər.

Miller qeyd edib ki, söhbət zamanı Blinken regionda gərginliyin azaldılması üzrə tədbirlərə diqqət yetirib.

İstinadlar Report