ABŞ dövlət katibi Antoni Blinken İsrailin müdafiə naziri Yoav Qalantla görüşüb.

Bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller məlumat verib.

Tərəflər Qəzza zolağında atəşkəs və girovların azad edilməsi planını müzakirə ediblər. Millerin sözlərinə görə, Blinken İsrailin sazişə sadiqliyini yüksək qiymətləndirib və həmçinin onun keçməsinə görə məsuliyyətin Fələstinin radikal HƏMAS hərəkatının üzərinə düşdüyünü təkrarlayıb.

İstinadlar Report