ABŞ-nin Azərbaycandakı səfirliyi ötən gün Qətərdə keçirilən futbol üzrə Dünya Çempionatında ABŞ yığmasının İran milli komandası üzərində qələbəsi ilə bağlı paylaşım edib. 

Paylaşımda qələbə münasibətilə milli komandaya təşəkkür edilib: “ABŞ-nin futbol millisi bu gün bizi qürurlandırdı. Möhtəşəm qələbə münasibətilə təbrik edirik. Dostlarımız, ailələrimiz və bütün dünyada olan pərəstişkarlarımız gözəl oyun göstərən komandanı alqışlayır. 1/8 finalda uğurlar. ABŞ komandası, irəli!”

Qeyd edək ki, ABŞ millisi İranı 1:0 hesabı ilə məğlub edərək 1/8 mərhələsinə yüksəlib. 


İstinadlar Qafqazinfo