ABŞ dövlət katibi Entoni Blinken yeni fransalı həmkarı Ketrin Kolonna ilk telefon danışığında Ukrayna, İsveç və Finlandiyanın NATO-ya üzv olmasına dəstəyi müzakirə ediblər.

Dövlət Departamenti təfərrüatları açıqlamadan əlavə etdi ki, Blinken və Kolonna ABŞ və Fransanın Aİ-yə üzv olmaq hüququ olan ölkələri dəstəkləmək üçün birgə atacağı addımları müzakirə ediblər.

Həmsöhbətlər həmçinin dünyada həssas vəziyyətlərdə olan milyonlarla insanın təcili ərzaq ehtiyaclarına və ərzaq təhlükəsizliyinə cavab vermək zərurəti ilə bağlı razılığa gəliblər.

İstinadlar Report