Pekinin iqlim məsələlərində Vaşinqtonla əməkdaşlığı dayandırması təkcə ABŞ-a deyil, bütün dünyaya, xüsusən də inkişaf etməkdə olan ölkələrə təsir edəcək.

Bu barədə ABŞ Dövlət katibi Entoni Blinken Filippində keçirilən mətbuat konfransında bildirib.

“İqlim sahəsində əməkdaşlığın dayandırılması ABŞ-ı yox, dünyanı, xüsusən də inkişaf etməkdə olan dünyanı cəzalandırmaqdır. Biz ölkələrimiz arasında fikir ayrılıqlarına görə qlobal məsələlərdə əməkdaşlığı “girov” etməməliyik”, – E.Blinken deyib.

İstinadlar Report