
ABŞ dövlət katibi Entoni Blinken Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi ilə son telefon danışığında Yaxın Şərqdəki vəziyyəti, Rusiyanın Ukraynaya qarşı müharibəsini və Çinlə rəqabəti müzakirə edib.
Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
“Katib ABŞ-Böyük Britaniya “xüsusi əlaqələri” vasitəsilə qurduqları yaxın tərəfdaşlığa görə Xarici İşlər Nazirinə təşəkkür etdi”, – Departamentin bəyanatında deyilir.