
“Azərbaycan və Ermənistan tezliklə sülh sazişi üzrə razılıq əldə edə bilər”.
Bunu ABŞ dövlət katibi Entoni Blinken Konqres Senatının xarici əlaqələr komitəsindəki dinləmələrdə çıxışı zamanı deyib.
Amerikanın xarici siyasət idarəsinin rəhbəri Vaşinqtonun Bakı ilə İrəvan arasında normallaşmaya kömək etmək cəhdlərini şərh edərkən bildirib:
“Düşünürəm ki, bir fürsət var, onu böyütmək istəmirəm, amma sülh sazişinin hazırlanmasını həqiqətən başa çatdırmaq imkanı mövcuddur.