Azərbaycan və Ermənistan diplomatlarının masa arxasına qayıtması vaxtıdır.

Bunu ABŞ dövlət katibi Antoni Blinken Nyu-Yorkda Ermənistan və Azərbaycan xarici işlər nazirləri Ararat Mirzoyan və Azərbaycanın Ceyhun Bayramov ilə üçtərəfli görüşünndən sonra tviter hesabında yazıb.

“Bu gün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycanın xarici işlər naziri Ceyhn Bayramovla birbaşa danışıqlara ev sahibliyi etdim. Görüş zamanı bildirdiyim kimi, qoşunların ayrılması və diplomatların masa arxasına qayıtması vaxtıdır”, – Blinen qeyd edib.

Xatırladaq ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT Baş Assambleyasının 77-ci sessiyasında iştirak etmək üçün ABŞ-ın Nyu-York şəhərindədir.