ABŞ administrasiyası Türkiyədə baş verən və qonşu Suriyaya da ciddi təsir edən zəlzələ ilə bağlı yardım göstərməyə başlayıb.

Bu barədə ABŞ-ın dövlət katibi Entoni Blinkenin bəyanatında deyilir.

“Türkiyəyə ilkin yardım səylərimiz həyata keçirilir, Suriyada ABŞ-ın dəstəklədiyi humanitar təşkilatlar isə ölkə daxilində zəlzələnin fəsadlarına reaksiya verir. Önümüzdəki günlərdə, həftələrdə, aylarda zəlzələdən zərər çəkənlərə kömək etmək üçün əlimizdən gələni etməyə qərarlıyıq”, – o deyib.

İstinadlar Report