Amerika Birləşmiş Ştatları İranın bütün Yaxın Şərq regionunun təhlükəsizliyini təhdid edən nüvə silahı əldə etməsinin qarşısını almaq üçün bütün mümkün addımları atmağa davam etməyə hazırdır.

Bunu ABŞ-nin dövlət katibi Entoni Blinken çıxışında bildirib.

Blinken Amerika İsrail İctimai Əlaqələr Komitəsinin (AIPAC) tədbirində çıxışı zamanı deyib ki, Tehran müntəzəm olaraq israilliləri yer üzündən silməklə hədələyir. Onun sözlərinə görə, ABŞ-nin İsraili müdafiə etmək öhdəliyi qeyd-şərtsizdir.

Dövlət Departamentinin rəhbəri bildirib ki, İran bütün Yaxın Şərq regionuna aqressiya ixrac edir və Rusiya ordusuna dronlar verir, onlardan ukraynalıları öldürmək üçün istifadə edir, Tehran isə Rusiyadan yüksək texnologiyalı silahlar alır.

İstinadlar Report