Nihad Rəhimli adlı şəxsin Birləşmiş Ərəb Əmirliklərindən fotoaparatlar gətirib satmaq adı ilə vətəndaşın 355 min manat pulunu ələ keçirməsi barədə Lənləkəran Şəhər Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, N.Rəhimlinin iş qurmaq adı ilə şirnikləndirici vədlər verərək digər bir Lənkəran sakininə qarşı dələduzluq etdiyi də müəyyən edilib. O, Dubayda otel biznesinə yatırım etmək adı ilə zərərçəkənin 40 min manat pulunu ələ keçirib.

İstinadlar Report