Avqustun 12-də ölkəmizin ən məşhur supermarketlər şəbəkəsindən biri olan “Bizim market”lər şəbəkəsi və “Novas Home” qeyri-qida mağazaları müştərilərə xidmət səviyyəsinin dahada artırılması məqsədilə “Bolmart”, “Grandmart” və “Megastore” supermarketlər şəbəkələri ilə gələcək fəaliyyətlərini birgə davam etdirmək barədə qərar veriblər.

“Bizim market”lər şəbəkəsinin gələcək fəaliyyətinin inkişafı və idarə edilməsi bu sahədə qabaqcıl təcrübələrə malik olan Turan Özbahçeci və Eşqin İsmayıllıya həvalə edilib.

Onların rəhbərliyi altında mövcud mağazaların sayı 96-ya, fəaliyyət göstərən əməkdaşların sayı isə 5 000 nəfərə çatıb. Yeni iş ortaqlığı ilə daxili bazarda pərakəndə satış üzrə önəmli yeniliklərə imza atılacağına, “Bizim Market”lər şəbəkəsi ilə birlikdə “NOVAS Home” qeyri-qida markasının bu sahədə dəyərinin daha da artacağına inanırıq.

İstinadlar Report