“Əziz azərbaycanılılar və soydaşlarımız gəlin fransız məhsullarını könüllü şəkildə baykot edək”. 

Bunu Milli Məclisdə çıxışı zamanı deputat Naqif Həmzəyev bildirib. 

“Nə məcburdur ki, biz fransız məhsullarını istifadə edək? Rəsmi edə bilmiriksə, könüllü olaraq bunu etməliyik”, – deyə deputat qeyd edib. 

Deputat bildirib ki, Fransa senatında və Milli Assambleyasında olan deputatlara etiraz bildirilməlidir: “Son vaxtlar görürük ki, Laçın yolu vasitəsilə sepratçıların olduğu ərazilərə silahlar daşınır. Təəssüflər olsun ki, ötən gün İran hərbi mütəxəssislərinin keçməsi faktı da üzə çıxdı. Bir müddət sonra biz mediadan xəbər alacağıq ki, artıq İran və ya Fransa dronları Azərbaycan səmasındadır. Biz səbir etməməliyik. Biz qurulan oyunları, tələləri pozmalıyıq. Həm Fransaya, həm İrana, həm də Ermənistanı dəstəkləyən havadarlarına tutarlı cavab verməliyik”.

Qeyd edək ki, ötən gün Məlumata görə, Qarabağda müvəqqəti məskunlaşmış rusiyalı sülhməramlıların Azərbaycan ərazisinə buraxdığı şəxslərin kimliyi məlum olub. 14 nəfər şəxs İran İslam Respublikasının vətəndaşlarıdır. Onlar noyabrın 24-ü günorta saat 13-14 radələrində eyni avtomobildə sülhməramlıların postunu keçərək Xankəndiyə gəliblər və hazırda oradadılar. İranlıların postu keçdikləri “Mersedes-Benz” avtomobilinin seriya nömrəsi 34-QA-444-dür.

Eldar Tanrıverdi

İstinadlar Qafqazinfo