“Müxtəlif ölkələrdə qadınları aktiv siyasi proseslərə, idarəetmə sistemlərinə cəlb etmək üçün kvotalar qoyulub. Bunu partiyalara zorən məcbur etmək, imperativ norma kimi müəyyənləşdirmək müəyyən qüsurlara səbəb ola bilərdi”.

Bunu Zahid Oruc noyabrın 23-də qanun “Siyasi partiyalar haqqında” qanun layihəsi ilə bağlı jurnalistlər üçün keçirilən brifinqdə qanunda qadınlara dair kvotanın tətbiq olunmamasına dair sualı cavablandırarkən bildirib. 

Zahid Oruc qeyd edib ki, bu təşviq mexanizmi daha başqa addımlarla həyata keçirilə bilər: “Biz zatən hüquqi-siyasi baxımdan Avropanın ayrılmaz parçasıyıq. Coğrafi baxımdan şərq olsaq da, siyasi düşüncə baxımından Avropayıq. Bu baxımdan qadınlarımızın gələcək ölkə həyatında iştirakında hər hansı bir problem yoxdur. Ona görə işçi qrup tərəfindən bunun “Siyasi partiyalar haqqında” qanunvericilik predmetinə çevrilməyi də yanlış sayıldı”.

Eldar Tanrıverdi

İstinadlar Qafqazinfo