ABŞ-ın Minnesota ştatında polis bank işçilərini girov götürən cinayətkarlarla danışıqlar aparır.

Məlumata görə, bir və ya bir neçə naməlum şəxs Sent-Klaud şəhərində “Wells Fargo” bankının filialında insanları girov saxlayırlar. Güman edilir ki, bankın əməkdaşları soyğunçuluğa cəhd zamanı girov götürülüblər. Zərərçəkənlər və ya həlak olanlar haqqında məlumatlar yoxdur.

“Biz danışıqlar aparırıq, – yerli polis idarəsinin nümayəndəsi telekanala bildirib: “İçəridə naməlum sayda bank əməkdaşları var”.

İstinadlar Report