Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hökumətində bu gün dəyişikliklər edilib.

Bu barədə Baş nazir Məhəmməd bin Rəşid əl-Maktum öz tvitter səhifəsində məlumat verib.

“Nailiyyətlərimizi qorumaq və milli inkişaf prosesini sürətləndirmək üçün federal hökumətə yeni nazirlərin təyin olunmasını elan edirik və Nazirlər Kabineti üçün yaxın 50 il üçün yeni bir metodologiya elan edirik”, – Baş nazir bildirib.

Hökumət başçısının sözlərinə görə, BƏƏ hazırda dünyada və regionda bir sıra iqtisadi göstəricilərə görə liderdir.

İstinadlar Report