Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən səkkiz şəhidin dəfn ediləcəyi yer və tarix məlum olub.

“Report”un əldə etdiyi məlumata görə, iyunun 27-də Baratov Hörmət Beytulla oğlu, Ağayev Şahlar Hüseynağa oğlu və Qasımov Adıgözəl Əmirsoltan oğlunun cəsədlərinin qalıqları Xaçmazda dəfn olunacaq.

Elə həmin gün Zeynalov Ucar Fidail oğlunun qalıqları Göygöl, Əsgərov Əhliman Vahid oğlunun cəsədlərinin qalıqları isə Şəmkirdə dəfn ediləcək.

İstinadlar Report