
Bu gün Qarabağ döyüşlərində şəhid olan baş leytenant Bayramov Malik Yaşar oğlunun şəhadətə yüksəldiyi gündür.
Malik Bayramov 1964-cü il martın 15-də Şamaxının Bağırlı kəndində anadan olub.
O, 1990-cı ildə Azərbaycan Dövlət Pedoqoji Universitetinin Hərbi Hazırlıq və Bədən Tərbiyəsi fakultəsini bitirib. 1992-ci ildən torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
M. Bayramov Cəbrayıl, Füzuli, Tərtər rayonu istiqamətlərində gedən döyüşlərdə vuruşub. 1994-cü il mayın 8-də Tərtər rayonu Çaylı-Talış döyüşlərində qəhrəmancasına şəhid olub.
Malik Bayramovun büstü bir müddət öncə ailəsinin yaşadığı Çuxuryurd kəndinə köçürülüb.
O, ölümündən sonra Heydər Əliyev tərəfindən 1995-ci ildə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub. Şəhid zabit Şamaxının Şəhidlər Xiyabanında dəfn olunub.