Xəbər verdiyimiz kimi, Xalq artisti Könül Xasıyeva boğazında şiş aşkarlandığını müalicə üçün 254 min manata ehtiyacı olduğunu bildirib. 

Xanəndə bunla bağlı tez-tez instaqram hesabında paylaşım edərək, ona yardım edilməsini istəyir. Bu dəfə də Xasıyeva sənət adamlarına müraciət ünvanlayıb.

“Əziz sənət yoldaşlarım, gec olmadan hərəniz cəmi bir toyun pulunu instaqram hesabımda paylaşdığım karta köçürsəniz, məni və mənsiz qalacaq tək narahat balamı xilas etmiş olarsınız. Dəymirəmmi buna? Axı siz məni çox sevirsiniz” deyə, muğam ifaçısı paylaşımında qeyd edib.

Qeyd edək ki, K.Xasıyeva müalicəsinin Almaniyada mümkün olduğunu bildirib.

Hesab nömrəsi:

4127 2093 0402 8852
4127 2093 0539 6555