“Əlillik dərəcələrinin müəyyən edilməsi elektron formada göndərilir. Təəssüf ki, Bakıda, əsasən də rayonlarda bu işi bacara biləcək adamlar yoxdur. Bir sənədin doldurulması üçün növbələr dayanır”.

Bunu deputat Sabir Rüstəmxanlı parlamentdə çıxışında deyib. O qeyd edib ki, sənədlər də çox zaman doğru doldurulmur: “Bu da süründürməçiliyə gətirib çıxarır. Hesab edirəm ki, o işi bilən adamlar hazırlanmalıdır. Yenə də bəzi adamlar kənarda qalacaq. Tələbkarlıq artırılsa, daha yaxşı olar”. 

Deputat həmçinin qanunda şəxsin əlilliyinin qiymətləndirilməsi ifadəsinin düzgün təqdim olunmadığını da qeyd edib: “Şəxsin əlilliyinin qiymətləndirilməsi… Bunu sağlamlıq haqqında deyirlər. Əlilliyi necə qiymətləndirmək olar?! Bunu düzgün yazmaq lazımdır”.

 

İstinadlar Qafqazinfo